İnterfeys dizaynı nədir?
İnterfeys dizaynı mobil tədbiqlərin və veb saytların dizaynıdır. Saytı yaratmaqdan əvvəl ilk öncə onun dizaynını tərtib etmək lazımdır. İnterfeys dizaynerinin əsas məqsədi mobil tətbiq və saytın istifadəçilər üçün maksimal rahat, məntiqli və asan olmasıdır. Nə gədər gözoxşayan və rahat olsa, o gədər də çox insan ondan istifadə edəcək.
Real layihələr
Təlim ərzində sən real layihələr üzərində çalışaraq yüksək tələblərə uyğun bir mütəxəssis kimi yetişəcəksən. Bir vebsayt və ya mobil tətbiq üçün keyfiyyətli dizayn yaratmağın bütün mərhələlərindən keçərək sən tədris proqramının sonunda real proektlərdən ibarət hazır portfolio sahibi olacaqsan.
Kursun məzmunu
Tədris 4 ay davam edərək 4 hissədən ibarətdir:
Hissə 1: Adobe XD
Adobe XD proqramının hər tərəfli tədrisi, qrafika ilə iş, veb sayt və mobil tətbiqetmə dizaynının əsasları. Tipoqrafiya, rəng və maketlər nəzəriyyəsi.
Hissə 2: Nəzəriyyə
İstənilən dizaynın yaradılmasından öncə istifadəçi məlumatı toplanılmalıdır. Veb sayt ve mobil tətbiqin əsas istifadəçilərini müəyyən etdikdən sonra onlarla müsahibə keçirəcəyik. Və buna əsasən dizayn strukturunu təyin edəcəyik.
Hissə 3: Layihələr
Sənin seçdiyin ideyalara uyğun olaraq beynəlxalq standartlara cavab verən 3 möhtəşəm layihə yaradacayıq. Hər 3 layihə bizim köməyimiz və nəzarətimiz altında həyata keçiriləcək.
Hissə 4: Portfolio
Istənilən böyük şirkətdə dizayner kimi çalışmaq üçün əsas və ən mühim tələblərdən biri məhz portfoliodur. Tədrisiminiz bu mərhələsində sənin üçün sayt yaradaraq orada layihələrini yerləşdirəcəyik.
Tədris kimin tərəfindən aparılır?
Fərid Şükürov
-
UX/UI sahəsində 8 illik uğurlu beynəlxalq təcrübəyə malikdir
-
ABŞ-nın "Springboard" IT məktəbində onlayn mentor kimi fəaliyyət göstərir
-
Dünyanın 30 ölkəsindən olan tələbələrə tədris keçir
-
Yalnız 2020-ci il üzrə 300-dən artıq UX/UI peşəkarı yetişdirib
-
Azərbaycan və Avropada müxtəlif startapların təsisçisidir
Kursların keçirilmə strukturu
Yüksək effektivliyi təmin etmək məqsədi ilə dərslər aşağıda göstərilən şəkildə aparılır:
-
4 nəfərdən artıq olmayan kiçik qruplarda
-
4 ay ərzində həftədə 1 dəfə 2 saat olmaqla offlayn rejimdə + onlayn şəkildə ev tapşırıqları həftə ərzində müzakirə olunaraq yoxlanılır
Dərslər harada keçir?
Tədris ünvanı Nəriman Nərimanov heykəlinin yaxınlığında yerləşən Altes Plazadır (Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 507-511)
Qiymət
Qrafika və yaradıcılıq dünyasındakı debütün buradan başlayır
Sıfırdan Interfeys (UX/Uİ) Dizaynı
Tədris proqramı sənin bu sahədə yüksək tələblərə uyğun bir mütəxəssis kimi yetişməyin üçün diqqətlə və detallı şəkildə işlənib hazırlanmışdır
Layihələr
Portfolion üçün real layihələr
Onlayn portfolio
İşlərinizin olduğu portfolio-saytının yaradılmasında köməklik
Əlavə dərslər
Qrupdan geri qaldıqda ödənişsiz əlavə dərslər
Yazılmaq istəyirsən?
Aşağıda göstərilən məlumatları qeyd et və biz səninlə gün ərzində əlagə saxlayaq:
VƏ YA
Bizə zəng et (050)501-55-25